“Nar Mobile” öz abunəçilərinə eyni qiymətə beynəlxalq zəngləri etmək imkanı təklif edir
Mobil operator hatırladır ki, “Nar Mobile” abunəçiləri MDB, Avropa, ABŞ və dünyanın digər ölkələrinə 1 dəqiqəsi üçün cəmi 32 qəpikə ödəyərək zəng edə bilərlər.
Bundan əlavə, Şənbə və Bazar, aşağıda sadalanan günlər və qeyri-pik saatlarda (00:00:00-07:59:59) beynəlxalq zəngin 1 dəqiqəsi cəmi 24 qəpikdir.
1-2 yanvar - Yeni il
20 yanvar - Milli Matəm günü
8 mart - Beynəlxalq Qadınlar günü
20-24 mart - Novruz Bayramı
9 may - Faşizm üzərində Qələbə günü
28 may - Respublika günü
15 iyun - Milli Qurtuluş günü
26 iyun - Silahlı Qüvvələr günü
28-29 iyul - Ramazan Bayramı (Hicri təqvimindən asılı olaraq hər il tarixləri dəyişir.)
4-5 oktyabr - Qurban Bayramı (Hicri təqvimindən asılı olaraq hər il tarixləri dəyişir.)
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü