Etika Akademiyası fərdi inkişaf mərkəzi kimi uğurun daxili bacarıqlar və dəyərlər əsasında əldə edən silsilə ustad təlimləri təşkil edir.
AZXEBER.COM xəbər verir ki, bu dəfə dünya ovçuları arasında ən yüksək reytinqdə yer alan, çəkdiyi videolarda Azərbaycan bayrağını əlindən yerə qoymayan Faiq Babanlı idi.
Etika Akademiyasının
məşqçi və partnyor heyəti ilə görüşdə dünya ov etikasından, brakonyerlərə
qarşı mübarizədən, heyvanların populiziyasiyasında ovun vacibliyindən,
azalmağa gedən heyvan növlərinin qorunmasından danışıb.
Faiq
Babanlı insanın nə qədər güclü bir varlıq, yaradılışından verilən zəkası, yer kürəsində
olan aliliyi və əzmi nəticəsində ən yırtıcı heyvanlarl belə özünə tabe edə bilməsinin
barız nümunələrindən göstərdi.Heyvanların və cəngəlliklərin energiyasını insan necə hiss edə bilər, və
daha da artıq necə tabe edə bilər, yırtıcılarla üz bə üz gəldikdə adrenalinin və
zəkanın xilas ediciliyi faktlar gətirildi. Görüş zamanı verilən əsas sual Faiq
Babanlınin ov prinsipllərindən idi. Əsas qanuni ərazidə ovlanmaq, mənə hücüm
etməyən yırtıcını və dişi yırtıcı vurmuram dedi. Daha çox cəngəlliklərə yaxın kəndlərə təhlükə
yaradan , insanlara hücüm edən, su hövzəlrəini
kəsən heyvanlara ovlandığını bildirdi.
Faiq Babanlı təbiətlə ahənglik, vəhşi təbiətin sənə verdiyi həyat gücü və özünü dərk etmə haqqında yaşadıqlarından
danışdı. Etika üzrə məşqçilər dəyərlərin təbliğində, tədris metodlarında cəsurluq,
seçim etmək kimi şəxsiyyətin formalaşmasında olan vacib qaydaları Faiq Babanlıdan
cavabları qeyd etdilər.
"Missiyanız nədir? " - Faiq Babanlıya verilən son
suallardan cavab :"Yaradılanlardan insan ən güclü varlıqdır, bu gücün də zəkadan
olduğunu dünyaya duyurmaqdır”
Etika Akademiyasının rəhbəri Günel İbrahim sonda qeyd etdi ki: "Mərkəzimiz motivasiya təlimlərində keyfiyyətli düşüncədən və düşüncəni formalaşdıran dəyərlərə xüsusi yer ayırır. İnsan zəkasının itiliyi və aliliyi dəyərlərdən yoğrulmalıdır. Doğru niyyət əməllərdə, ölüm və qalım anlarında insan olaraq sona qədər qalmaq seçimini hər zaman edir”.
Etika Akademiyasında Faiq Babanlıyla görüş uğurla bitdi. Faiq Babanlı etikanın təbliğində və inkişafında daim dəstək verəcəyi, balaca və gənc üzvlərlə də görüşə hazır olduğunu bildirdi.