"Düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib" - Müdafiə Nazirliyi

"Düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib" - Müdafiə Nazirliyi
SOSİAL
16:07 14.07.2020
3172
Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur", - deyə məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR