Düşmənin öldürülən 3 əsgərinin – FOTOLARI

Düşmənin öldürülən 3 əsgərinin –  FOTOLARI
Bütün Xəbərlər
15:20 14.11.2014
8413

Noyabrın 12-də Ağdam ərazisində keçirilən təlim zamanı Azərbaycan Ordusunun mövqelərinə hücum edən Ermənistan HHQ-nin bir ədəd Mi-24 döyüş helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilməsindən sonra təmas xəttində gərginlik artmağa başlayıb.

Məlumata görə, Mi-24 döyüş helikopterində ölən hərbiçilər mayor Sergey Saakyan, baş leytenant Sarkis Nazaryan, leytenant Azat Saakyandır.

AZXEBER.COM portalı öldürülən düşmən əsgərlərinin fotolarını təqdim edir:

Azat Saakisyan:

24 yaşı var. 2009-cu ildən Ermənistan Silahlı Qüvvələrində xidmət edir. Leytenant rütbəsini daşıyır.

Sergey Saakyan:

37 yaşı var. Ailəlidir, 2 övlad atasıdır. 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrində xidmət edir. Mayor rütbəsini daşıyır.

Sarkis Nazaryan:

25 yaşı var. Evlidir. Bir övladı var. 2009-cu ildən Ermənistan Silahlı Qüvvələrində xidmət edir. Baş Leytenant rütbəsini daşıyır.

(Sarkis Nazaryan sosial şəbəkə istifadəçisi olmadığı üçün onun fotolarını tapmağımız mümkünsüz oldu)

Xatırladaq ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

OXŞAR XƏBƏRLƏR