Dustağa gətirilən sovqatdan mobil telefonlar çıxdı - FOTOLAR

Dustağa gətirilən sovqatdan mobil telefonlar çıxdı - FOTOLAR
Bütün Xəbərlər
16:27 15.10.2012
1950
Azərbaycanda həbsxanaya mobil telefon və telefon kartları keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətdən verilən məlumata görə, oktyabrın 14-də Qobustan həbsxanasında cəza çəkən məhkum Vüqar Zülfüqar oğlu Talıbovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu vətəndaş Emin Çingiz oğlu Lazımovun gətirdiyi sovqata baxış keçirilib.Baxış zamanı içərisində yemək olan 7,5 litrlik "Gold Fix" adlı plastmas boya qabının gizli saxlanc yerindən 3 ədəd "Nokia", 1 ədəd "Samsunq" markalı mobil telefon aparatları, Sim, Cin, Nar kartları, mobil telefon üçün nəzərdə tutulmuş ekran, mobil telefon üçün nəzərdə tutulmuş batareya, mobil telefon qulaqcığı və mobil telefon üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısının başlıq hissəsi aşkar edilərək götürülüb.Fakt üzrə araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR