"Düşünmürəm ki, bundan sonra ikinci Aygün dünyaya gəlsin"
Bu sözləri AZXEBER.COM-a müğənni Elvin Abdullayev Aygün Bəylərlə keçirilən vida mərasimində deyib. O, bildirib ki, mədəniyyətimiz dəyərli sənətkarını itirdi:
"Aygün Bəylər ölkəmizin dəyərli sənətkarı idi. Düşünmürəm ki, bundan sonra ikinci Aygün dünyaya gəlsin. Aygün Bəylər mədəniyyəti, əxlaqı və sənəti ilə seçilmiş sənətkarlarımızdan idi. Onun ölümünə çox üzüldük".