"Düzdür, Elşad Xose Zorik kimilərlə dostluq edir"

"Düzdür, Elşad Xose Zorik kimilərlə dostluq edir"
ŞOU-BİZNES
21:40 05.11.2011
2156
Rejissor Zöhrab Ağayev iki gün öncə düşdüyü avtomobil qəzasından danışdı. Prodüsser-rejissor ANS PRESS-ə müsahibəsində vəziyyətinin yaxşı olduğunu bildirdi: "Artıq özümə gəlmişəm, hər şey yaxşıdır. Heç bir cızığım da yoxdur. Sadəcə şoka düşmüşdüm. Bu stressdən çıxmaq üçün növbəti həftənin bazarertəsi bir həftəlik Dubaya səyahətə gedirəm. İnşAllah həm dincələcəm, həm də şopping edəcəm". Müsahibə zamanı çox əsəbi görünən Zorik, Hüseyn Dərya ilə bağlı açıqlama vermək istədiyini bildirdi: "Sizə başqa məsələ ilə bağlı açıqlama vermək istəyirəm. Mən xəstəxanadan çıxdıqdan sonra interneti izlədikdə bir yazıya rast gəldim. Yazıda Hüseyn Dərya Elşad Xose haqqında söylədiyi fikirdə mənim adımı hallandırıb. Deyib ki, Elşad Xose Zorik kimilərlə dostluq edir. Düzdür, Elşad Xose Zorik kimilərlə dostluq edir. Elşaddan əlavə mən Oksana ilə yaxın dostam və bizim bu dostluğumuz çətin günlərdə təsdiq olundu. Hüseyn Dəryaya cavab verməyə gəlincə isə, mən bitmiş insanlara, necə həyatda, eləcə də şou-biznesdə tükənmişlərə cavab vermək istəmirəm. Çünki səviyyəm buna yol vermir. Ən azından Hüseyn Dərya kimi internet saytlarında biabırçı roliklərim yoxdur. Axı o kimdir ki, mənim haqqımda danışır? Elşad Xose nə də olsa, necə də olsa onun kimi tükənməyib, bitməyib". Zöhrab Ağayev Hüseyn Dəryanın ailəsi haqqında çox şey bildiyini dedi: "Senzuradan qırağa çıxmaq istəmirəm. Bəziləri kimi məndən əl çəksin. Mənimlə bağlı danışanlar haqqında nəinki danışmıram, heç fikirləşmirəm də!"
OXŞAR XƏBƏRLƏR