Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Sara Fərzəliyeva tərəfindən həyata keçirilən “Dövlət atributlarını tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində ilk tədbir keçirilmişdir.
Tədbir Sumqayıt şəhərindəki 4 nömrəli tam orta məktəbdə baş tutmuşdur.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Sara Fərzəliyeva açmışdır. S. Fərzəliyeva layihənin donoru olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışmışdır.
Sonra çıxış edən təlimçi Anar Həsənli dövlət atributlarımız və onların yaranma tarixi haqqında danışməşdır. Təlimçi himnimizin sözləri və musiqisi, bayrağımızın rəngləri və mənası, həmçinin gerbimizin simvolları və onların mənaları haqqında ətraflı məlumat vermişdir.
Çıxışının sonunda A. Həsənli şagirdlərdən himnimizi onunla bərabər oxumağı xahiş etmişdir və tədbir iştirakçıları himnimizi oxumuşdur.
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Təranə Mikayılova çıxış edərək layihənin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır və şagirdləri dövlət atributlarımıza qarşı diqqətli və hörmətlə yanaşmağa səsləmişdir.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış maarifləndirici bukletlər paylanılmışdır və şagirdlərə dəftərxana ləvazimatları hədiyyə edilmişdir.