“Dövlət atributlarını tanıyaq və tanıdaq!” yekunlaşdı

“Dövlət atributlarını tanıyaq və tanıdaq!” yekunlaşdı
Bütün Xəbərlər
15:40 21.01.2016
1100
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Sara Fərzəliyeva tərəfindən həyata keçirilən “Dövlət atributlarını tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində sonuncu tədbir keçirilib.
Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə layihə rəhbəri Sara Fərzəliyeva açıb. S. Fərzəliyeva layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb.
Sonra çıxış edən təlimçi Anar Həsənli dövlət atributlarımız və onların yaranma tarixi haqqında danışıb. Təlimçi himnimizin sözləri və musiqisi, bayrağımızın rəngləri və mənası, həmçinin gerbimizin simvolları və onların mənaları haqqında ətraflı məlumat verib. Şagirdləri dövlət atributlarımıza qarşı diqqətli və hörmətlə yanaşmağa səsləyib və atributlarımızın haradasa səhv tutulduğunu gördükdə buna etirazlarını bildirərək yanlışlığın aradan qaldırılmasında iştirak etməyi tövsiyə edib.
Çıxışının sonunda təlimçi şagirdlərdən himnimizi onunla bərabər oxumağı xahiş edib və tədbir iştirakçıları himnimizi oxuyublar.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış maarifləndirici bukletlər paylanılıb və şagirdlərə dəftərxana ləvazimatları hədiyyə edilib.
OXŞAR XƏBƏRLƏR