Dövlət Departamenti: ABŞ-da Rusiya-Ukrayna məsələsinə dair qərarları yalnız Tramp verəcək

Dövlət Departamenti: ABŞ-da Rusiya-Ukrayna məsələsinə dair qərarları yalnız Tramp verəcək
DÜNYA
23:47 20.06.2025
330
Rusiya ilə Ukrayna arasındakı münaqişə ilə bağlı ABŞ-da qərar vermək səlahiyyəti yalnız Prezident Donald Trampa məxsusdur.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Təmmi Bryus brifinq zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ Moskva ilə Kiyev arasında aparılan danışıqları diqqətlə izləyir.

"Vaşinqton hesab edir ki, bu münaqişənin həlli yalnız razılaşmalar yolu ilə mümkündür", - Bryus qeyd edib.
 
/APA

OXŞAR XƏBƏRLƏR