Dövlət Gömrük Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edib
Bütün Xəbərlər
17:07 28.03.2014
541
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev martın 28-də Qəbələ rayon Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib.
AZXEBER.COM-un məlumatına görə, Komitə sədri Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib.
DGK-nın struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib, Komitənin səlahiyyətlərinə aid olan müraciətlərin bir qismi yerindəcə həllini tapıb. DGK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
OXŞAR XƏBƏRLƏR