Dövlət Kamera Orkestrinə yeni direktor təyin olundu - Foto

Dövlət Kamera Orkestrinə yeni direktor təyin olundu - Foto
SOSİAL
09:21 14.05.2025
329
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq Əmr imzalayıb. 

Əmrə əsasən, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru vəzifəsinə təyin olunub.    

Leyla Quliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 

O, 2013–2023-cü illərdə AMK-nın İfaçılıq və Musiqi sənəti fakültələrinin dekanı vəzifələrində çalışıb. 2023-cü ildən son təyinatadək konservatoriyadakı İmtahan Mərkəzinin rəhbəridir. 
OXŞAR XƏBƏRLƏR