Dövlət Proqramı qalibləri ilə görüş keçirildi

Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
SOSİAL
16:20 04.08.2026
129
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı təqaüdçüsü adını qazanan iştirakçılarla görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, ADA Universitetində təşkil olunan görüşün məqsədi proqram qaliblərini xaricdə təhsilə hazırlamaq, onlara proqram çərçivəsində yaradılan imkanlar və öhdəliklər barədə məlumat vermək, həmçinin suallarını cavablandırmaq olub.

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli və Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov çıxışlarında Dövlət Proqramının ölkədə insan kapitalının inkişafındakı rolundan, gənclərə göstərilən etimaddan və onlardan gözləntilərdən danışıblar.

Daha sonra Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov qəbulun statistik göstəricilərini təqdim edib. O bildirib ki, təqaüdçülər namizədlərin bilik və bacarıqları, motivasiyası, məqsədyönlülüyü və ümumi hazırlıq səviyyəsi nəzərə alınmaqla rəqabətli seçim prosesi əsasında müəyyənləşdiriliblər.

Görüşdə çıxış edən digər rəsmilər proqram iştirakçılarını xaricdə təhsil aldıqları müddətdə Azərbaycanı layiqincə təmsil etməyə, ölkə həqiqətlərinin beynəlxalq platformalarda təbliğinə və diasporla əlaqələrin gücləndirilməsinə çağırıblar.

Tədbir çərçivəsində Dövlət Proqramı məzunları da yeni qaliblərlə təcrübələrini bölüşüblər. Böyük Britaniyanın "Imperial College London" və ABŞ-nin "University of Michigan–Ann Arbor" universitetlərinin məzunları xaricdə təhsil dövründə qazandıqları akademik və peşəkar təcrübələrdən danışıblar.

Sonda iştirakçılara xaricdə təhsilə hazırlıq prosesi, qarşıdakı mərhələlər, öhdəliklər və akademik inkişaf imkanları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
OXŞAR XƏBƏRLƏR