Dövlət qoruğunda çətənə kolu aşkarlandı

Dövlət qoruğunda çətənə kolu aşkarlandı
Bütün Xəbərlər
07:51 15.08.2012
1641

Ötən gün Zaqatala Dövlət Təbiət Qoruğunda narkotik maddələr olan çətənə bitkisi aşkarlanıb.

AZXEBER.COM-un Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qoruq əməkdaşları tərəfindən araşdırma zamanı qoruğun Gərəkli sahəsinin 04 saylı dolayında 0.03 hektar sahədə aşkarlanan çətənə koluna xüsusi qaydada aqrotexniki qulluq edildiyi müəyyən olunub.

Faktla bağlı Balakən rayon polis şöbəsinə məlumat verilib və hazırda polis şöbəsində araşdırılma aparılır.

OXŞAR XƏBƏRLƏR