Dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarının nəticələri açıqlandı

Dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarının nəticələri açıqlandı
Bütün Xəbərlər
15:42 05.07.2013
1619

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə 16 aprel, 1 və 7 may tarixlərində elan edilmiş müsabiqələrin iyunun 6-dan başlayan test imtahanı mərhələsinin ilkin nəticələri açıqlanıb.

AZXEBER.COM-un komissiyanın internet saytına istinadən verdiyi xəbərə görə, 94 dövlət orqanında beşinci–yeddinci təsnifatlarına uyğun olan 1011 vakansiyaya 6114 nəfər sənəd verib. İyulun 5-dək, yəni bir ay ərzində müsabiqənin test imtahanlarında 3019 nəfər iştirak edib. Onlardan 982 nəfəri test imtahanında uğur əldə edib. Onlardan 716 nəfəri beşinci təsnifat üzrə müvafiq balı toplayaraq iddia etdiyi vəzifəyə keçib. Amma 266 nəfəri iddia etdiyi vəzifə üzrə lazım olan müvafiq 75 balı toplaya bilməyib. 70-75 bal arası nəticə göstərən həmin şəxslər altıncı-yeddinci təsnifat üzrə müsahibələrdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, ən çox namizəd qeydə alınan dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası olub.

OXŞAR XƏBƏRLƏR