Dövlət qulluğunda neçə qadın rəhbər vəzifə tutur?

Dövlət qulluğunda neçə qadın rəhbər vəzifə tutur?
SOSİAL
13:54 08.07.2026
502
Azərbaycanda dövlət qulluğunda rəhbər vəzifələrdə çalışan qadınların sayı 705 nəfərdir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Məlumata əsasən, hazırda dövlət qulluğunun inzibati və yardımçı vəzifələrini tutan qadınların ümumi sayı 8 min 575 nəfər təşkil edir. Onların 705 nəfəri rəhbər vəzifələrdə çalışır.

Qadınların rəhbər vəzifələrdə təmsilçiliyi müxtəlif idarəçilik pillələri üzrə dəyişir.

Belə ki, dövlət qulluğunda rəhbər vəzifəsini 6 qadın tutur. Aparat rəhbəri vəzifəsində 2 qadın, aparat rəhbərinin müavini vəzifəsində isə 1 qadın çalışır.

Rəhbər vəzifələr arasında daha çox qadının təmsil olunduğu sahələrdən biri şöbə və sektor rəhbərliyidir. Belə ki, şöbə müdiri vəzifəsində 73 qadın, şöbə müdirinin müavini vəzifəsində 68 qadın, sektor müdiri vəzifəsində isə 336 qadın fəaliyyət göstərir.

Bundan əlavə, rəhbərin müavini vəzifəsində 68 qadın, nümayəndə və onun müavini vəzifəsində 150 qadın, rəhbərin köməkçisi vəzifəsində isə 1 qadın çalışır.
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR