‘Dövlət qurumları keyfiyyətsiz məhsul istehsal edən şirkətləri himayə etməməlidir’

‘Dövlət qurumları keyfiyyətsiz məhsul istehsal edən şirkətləri himayə etməməlidir’
Bütün Xəbərlər
13:42 31.03.2014
557

“Ölkədə satışa çıxarılan məhsulların yarıdan çoxu standartlara uğyun gəlmir”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov istehlakçı hüquqlarının qorunması sahəsindəki vəziyyətdən danışarkən belə deyib.

Onun sözlərinə görə, burada əsas günah istehlakçıların öz üzərinə düşür: “Təəssüf ki, əksər sahibkarlar istehlakçılara müştəri kimi, “yeriyən pul kisəsi” kimi baxırlar. Onlar hər fürsətdə istehlaçkıları aldadır və bunun üçün müxtəlif üsullardan istifadə edirlər. İstehlakçının öz hüquqlarını bilməməsi, bu sahəyə maraq göstərməməsi işbazlara öz çirkin əməəllərini gerçəkləşdirmək imkanı yaradır. Dövlət qurumlarının da bu məsələdə günah payı az deyil. Hesab edirəm ki, müvafiq dövlət qurumları keyfiyyətsiz məhsul istehsal edən və satışını həyata keçirən şirkətlərə qarşı nəzarəti gücləndirməlidir. Əksinə dövlət qurumları keyfiyyətsiz məhsul istehsal edən şirkətləri himayə etməməlidir. Bu yoxlamalar şirkətlərin fəaliyyətinin boğulmasına deyil, onların keyfiyyətli xidmət göstərməsinə zəmin yaratmalıdır. Media və QHT-lərin də bu məsələdə fəallığına xüsusi ehtiyac var. Ümumiləşmiş şəkildə demək olar ki, bu gün istehlakçılarının hüquqlarının qorunması sahəsində vəziyyət ürəkaçan deyil və ən böyük zərbə vətəndaşlara dəyir”.

OXŞAR XƏBƏRLƏR