Dövlət qurumlarındakı “nüfuzundan” istifadə edərək, insanları aldadan tutuldu - VİDEO

SOSİAL
19:21 14.09.2021
384
Tovuzda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz sakini rayon polis şöbəsinə müraciət edərək, Əli adlı şəxsin onun evinə işıq çəkdirəcəyini vəd edərək ondan dələduzluq yolu ilə 2 850 manat pul aldığını deyib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini Əli Novruzov saxlanılıb.

Onun ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs müxtəlif vaxtlarda daha bir neçə rayon sakininə dövlət qurumlarındakı "nüfuzundan” istifadə edərək onlara kömək edəcəyini bildirib və beləliklə həmin şəxslərə qarşı dələduzluq edib.

Belə ki, Əli Novruzov 4 nəfərə əlilliyə görə pensiya təyin etdirəcəyi barədə vəd verərək onların ümumilikdə 16 400 manat nağd pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, saxlanılan şəxs rayon sakini ilə əlaqə yaradaraq ona yaşadığı kənd ərazisində torpaq sahəsi verdirəcəyini bildirərək ondan 1 000 manat pul alıb.

Hələlik 6 nəfərə qarşı dələduzluq edərək ümumilikdə onların 20 000 manatdan çox pulunu dələduzluq yolu ilə mənimsəyən Ə. Novruzovun əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur.

Həmin şəxslər DİN-in "102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Saxlanılan şəxs barəsində Tovuz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 25.09.2021

Konqres Əfqanıstana görə Baydenə qarşı impiçment tələb edir

23:30 24.09.2021

Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb

23:12 24.09.2021

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

22:46 24.09.2021

Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

22:29 24.09.2021

ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edilib

22:01 24.09.2021

Türkiyədə koronavirusa gündəlik yoluxma 27 mini ötdü

21:48 24.09.2021

Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”

21:37 24.09.2021

Səfir: “İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”

21:21 24.09.2021

Azad edilmiş ərazilərin bərpa və yenidənqurma mərhələsində Aİ-nin də iştirakı mümkündür

21:08 24.09.2021

Avropa İttifaqı BMT Baş Assambleyası üzvlərini pandemiya ilə mübarizəyə dair razılaşmanı dəstəkləməyə çağırıb

20:19 24.09.2021

Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

19:57 24.09.2021

Əfqanıstanın yeni hökuməti Rusiyadan dəvət gözləyir

19:49 24.09.2021

Ermənistanda koronavirusa yoluxanların sayı 256 554-ə çatıb

19:32 24.09.2021

İcra katibi: "Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir"

19:19 24.09.2021

“Qarabağ”ın oyununun hakimləri açıqlandı

19:06 24.09.2021

Daha 7 müəssisədə pozuntular aşkarlandı