"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Tələbələr arasinda "Dövlət rəmzlərimizi Sevək və Sevdirək" adlı silsilə tədbirlərindən birini Bakı Avrasiya Universitetində keçirdi.
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) “Azərbaycan Gəncliyi 2011- 2015 - ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq həyata keçirdiyi Azərbaycan Res¬publikasının Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələş¬dirilən “Tələbələr arasinda Dövlət rəmzlərinin təbliği” adlı layihə çərçivəsində Bakı Avrasiya Universitetində tədbir keçirdi.
Tədbir Milli Himnimizin canlı oxunması ilə başladı. Tədbirin aparıcısı “Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov çıxış edərək layihənin aktuallığından danışdı və sözü tədbirdə iştirak edən qonaqlara verdi. Çıxış edənlər arasında Azərbaycan Res¬publikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramil Məmmədov, Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Əliyev və bu universitetin müəllimi Fəhrad Zeynalov, TUMİB üzvü Cabir Dövlətzadə və TUMİB-in “Gənclər Mərkəzinin” sədr müavini Elşən Hacıyev çıxış edərək mövzu ətrafınfında öz fikirlərini bildirdilər və gəncləri bu işdə fəal olmağa çağırıblar. Tədbirdə ölkəmiz müstəqilliyini qazandıqdan sonra dövlət rəmzlərimizin də bərpa olunduğu, bu sahədə ulu öndər Heydər Əliyevin xidmətləri xüsusi vurğulanmışdır. Digər çıxış edənlər də milli-mənəvi sərvətlərimizdən olan dövlətçilik atributlarımız - bayrağımız, gerbimiz və himnimiz, onların yarandığı tarixi-siyasi vəziyyət barədə tələbələrə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla ölkənin tarixi keçmişindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğu əks etdirir. Qeyd edilmişdir ki, dövlət rəmzlərimiz hər bir azərbaycanlı üçün əziz və doğma olmalıdır və onları qorumaq və hörmətlə yanaşmaq hər kəsin borcudur. Tədbirdə dövlətimiz tərəfindən rəmzlərimizə yüksək qiymət verildiyi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edildiyi nəzərə çatdırılmışdır. Tədbirdə dövlət rəmzlərimiz barədə ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb. Sonda tələbələr TUMİB tərəfindən diplomla təltif olunublar.