Dövlət sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir

Dövlət sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir
SOSİAL
21:42 21.07.2021
358
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri istər iki dövlət, istərsə də ümumilikdə region üçün böyük önəm kəsb edən məsələlərin müzakirəsi baxımından vacib əhəmiyyətə  malikdir.

Nəzərə almaq lazımdır ki, post-münaqişə dövründə Azərbaycanın iqtisadi, siyası və diplomatik gündəliyində duran məsələlərin həlli bölqəmizin gələcək inkişafı üçün yeni səmərəli perspektivlər vəd edir. Əlbəttə ki, Azərbaycanın 44-günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra prioritet məsələ - beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması və qorunmasıdır.

Bu istiqəmətdə Azərbaycan Respublikası ardıcıl olaraq fəaliyyətini həyata keçirir. Ölkə Başçısının Rusiya Federasiyasının Prezidenti ilə görüşü zamanı qeyd etdiyi kimi, "biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik”. Bu mənada mövcud problemlərin beynəlxalq hüquqa əsaslanaraq həll edilməsinin müstəsna əhəmiyyəti var.

Bunların sırasında sərhədlərin delimitasiyası və demarkasıyası xüsusi yer tutur. Burada fundamental hüquqi yanaşma ondan ibarətdir ki, siyasi və hüquqi kollapsa uğrayan Sovet İttifaqının keçmiş respublikalarının inzibati sərhədləri müstəqillik əldə etmiş dövlətlərin beynəlxalq sərhədlərinə çevrilmişdir. Mövcud halda belə yanaşmanı təsdiq etmək üçün bəzi beynəlxalq-hüquqi sənədlərə istinad etmək kifayətdir.

8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” Sazişin 5-ci maddəsi, 21 dekabr 1991-ci ildə qəbul edilən və 11 dövlət tərəfindən imzalanmış Alma-Ata deklarasiyasının ayrılmaz tərkib hissəsi olan Preambulası, 22 yanvar 1993-cü ildə qəbul edilmiş "Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsinin” 3-cü maddəsinin 3-cu və 4-cü bəndləri ərazi bütövlüyü və birlik çərçivəsində mövcud olan sərhədlərin töxunulmazlığının tanınması və onlara hörmət edilməsini təsbit edib.

1991-ci il 16 dekabr tarixində Brüssel şəhərində qəbul edilən "Şərqi Avropada və Sovet İttifaqında yeni dövlətlərin tanınmasının Kriteriyaları” adlanan sənəddə bəyan olunmuşdur ki, Avropa İttifaqı və üzv-dövlətlər tərəfindən qeyd edilən yeni dövlətlərin tanınması üzrə ümumi mövqe bütün sərhədlərin toxunulmazlığını rəhbər tutur. Bu mühüm sənədə uyğun olaraq, beynəlxalq birlik tərəfindən tanınmağa iddialı olan dövlətlər bir sıra şərtlərə əməl etməli idilər. Onların sırasında ayrıca olaraq, BMT-nin Nizamnaməsinə riayət edilməsi və hörmətlə yanaşılması, yalnnız tərəflərin razılığı əsasında sülh yolu ilə müəyyən edilən sərhədlərin toxunulmazlığı prinsipinə riayət edilməsi xüsusi olaraq göstərilmişdi.

Azərbaycan Respublikasının Ermənistanla olan dövlət sərhədinin bərpası istiqamətində attığı bütün addımlar beynəlxalq-hüquqa əsaslanır və beynəlxalq təcrübəyə də tamamilə uyğundur. Bu baxımnan qeyd edilən məsələnin həllində Ermənistanın beynəlxalq hüquqi çərçivədən kənara çıxmaması uçun təkçə Azərbaycan deyil, həmçinin beynəlxalq birlik, beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər zəruri səylər göstərməlidirlər.

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,

hüquq elmləri doktor
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
15:47 19.06.2026
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim