Dövlət Sosial Müdafiə Fondunun 3 məsul şəxsi barəsində cinayət işi başlanıb

Dövlət Sosial Müdafiə Fondunun 3 məsul şəxsi barəsində cinayət işi başlanıb
Bütün Xəbərlər
12:25 10.09.2011
2349
Dövlət Sosial müdafiə Fondunun 3 məsul şəxsi barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Qaynar.info-ya verilən verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondundan (DSMF) prokurorluğa daxil olmuş, qurumun Suraxanı şöbəsinin maliyyə-uçot sektorunun işçiləri tərəfindən pensiyaların ödənişi və uçotu sahəsində saxtakarlıq edilməklə külli miqdarda dövlət əmlakının mənimsənilməsi barədə material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırma aparılaraq cinayət işi başlanılıb.İstintaqla müəyyən edilib ki, Səfər Hüseynov DSMF-nun Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini icra edərkən pensiyaların qanunvericiliyə uyğun olaraq ödənişini təmin etməli olduğu halda, qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə şöbənin baş məsləhətçisi T.Kərimova, maliyyə üçot sektorunun müdiri K.Muradov, məsləhətçi-mühasiblər K.Hüseynova və qeyriləri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxslə 2008-2010-cu illərdə əvvəllər ailə başçısını itirməyə, əlilliyə və yaşa görə pensiya almış ayrı-ayrı şəxslərin pensiya alma müddətlərinin bitməsinə baxmayaraq, onların hesablarına tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə, cəmi 995 min 642 manat məbləğində pul vəsaitini köçürərək, vətəndaşların bilavasitə özlərindən və onların adından guya itirilmiş kart kimi sifariş verərək əldə etdiyi yeni plastik kartlarla həmin pul vəsaitlərini götürüb şəxsi ehtiyaclarına sərf etməklə ona etibar edilmiş küllü miqdarda özgə əmlakını talayıb.Bundan başqa, istintaqla müəyyən edilib ki, Akif Sərkarov DSMF-nin Suraxanı rayon şöbəsinin maliyyə-uçot sektorunun aparıcı məsləhətçi-mühasibi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək 2009-2010-cu illərdə iki şəxsin adına köçürülmüş xeyli miqdarda, yəni 5.338 manat məbələğində özgə əmlakını talayıb, öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək vəfat etmiş pensiyaçıların adlarına 8.758 manat məbləğində artıq ödənişlər edilməsi ilə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurub.Törətdiyi cinayət əməllərinə görə, Səfər Hüseynov qulluq mövqeyindən sui-istifadə etməklə külli miqdarda özgə əmlakını talama, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
21:04 04.04.2026
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib
20:49 04.04.2026
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib