“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat

“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
SOSİAL
15:59 13.10.2026
312
"Dövlətin təhsil müəssisələrində bərabərlik prinsipini qorumaq və sosial fərqlilikləri aradan qaldırmaq üçün atdığı addımdan söhbət gedir. Bu addıma hər kəs tabe olmalıdır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, vahid məktəbli formasının tətbiqi hər hansı bir inanca, yaxud yalnız İslam dininə qarşı yönəlməyib.

"Bəzən savadsızcasına bunu İslamın dəyəri kimi təqdim edirlər. Halbuki İslamın əsas dəyərlərindən biri Qurandır. İslamda insanın əsas davranış meyarı ədalətdir. Geyimin açıq və ya qapalı olması insanın ədalət meyarına təsir etmir.

Ona görə də dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır. Yoxsa inanca hər hansı məhdudiyyət varmı? İbadət edən insanlara maneə yaradılması, yaxud küçədə hicabla gəzən qadına söz deyilməsi halları varmı? Bunların heç biri yoxdur”, - deyə deputat vurğulayıb.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR