Hadisə ilə əlaqədar ikinci çağırışla hadisə yerinə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub
Bu gün saat 0818 radələrində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ilə əlaqədar ikinci çağırışla hadisə yerinə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Yanğın artıq söndürülüb və hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nə səbəbdən baş verdiyi araşdırılır.