Dövlət Xidmətində Ümummilli Liderə həsr olunan tədbir keçirildi - FOTOLAR

Dövlət Xidmətində Ümummilli Liderə həsr olunan tədbir keçirildi - FOTOLAR
SOSİAL
13:14 12.12.2023
163
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, SHXÇDX-nin rəhbər heyəti,  Aparatın və Bakı qarnizonunda yerləşən struktur bölmələrin hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun və Xidmətin Aparatının şəxsi heyətinin iştirakı ilə keçirilən tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mərasimdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə misilsiz xidmətlərə imza atdığını bildirib. Bütün fəaliyyətini Azərbaycana həsr etmiş Ulu Öndərin ötən əsrin sonlarında xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğu prosesini uğurla həyata keçirməklə yanaşı ölkəmizin gələcək inkişaf strategiyasını da müəyyənləşdirdiyini qeyd edib. Cəmiyyəti respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda birləşdirməyə nail olan Ümummilli Liderin hərbi sahəyə önəm verdiyini, müasir ordu quruculuğu prosesinin əsasını qoyduğunu diqqətə çatdırıb. 

İşğal altında olan torpaqlarımızın Vətən müharibəsində qəhrəman Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsinin Ulu Öndərin siyasi kursunu layiqincə davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti, siyasi qətiyyəti sayəsində reallaşdığı vurğulanıb.
 










OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb