Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
Bütün Xəbərlər
10:33 21.01.2012
1029
Baş Dövlət Yol Polisi İdarəsi soyuq və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.İdarədən APA-ya verilən məlumata görə, respublika ərazisinə ötən gündən yağmağa başlayan qar bir sıra magistral yollarda nəqliyyatın hərəkətində problemlər yaradıb. Belə ki, şimal istiqamətində, Bakı-Quba yolunda magistral yolları qar örtüb, bəzi ərazilərdə yolları buz bağlayıb. İsmayıllı-Muğanlı yolunun da buz bağladığı bildirilib.Baş Dövlət Yol Polisi İdarəsi adıçəkilən istiqamətlərdə hərəkət edən sürücüləri ehtiyatlı olmağa çağırıb. Xüsusən də Ağsu aşırımından yalnız iki aparıcı oxu olan avtomobillərdən istifadə etməyin məqsədəuyğun olduğunu bildirib.