Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?

Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?
SOSİAL
18:30 17.03.2026
554
Azərbaycanda dövlətə 8 milyon manat vergi borcu olan sahibkarla bağlı qərar ləğv edilib.

AZXEBER.COM "Qafqazinfo.az”a istinadən xəbər verir ki, Ali Məhkəmə prokurorun protestini və mülki iddiaçı – Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədovun şikayətini əsaslı hesab edib.

Sahibkar Arif Asif oğlu Yusifov taxıl, qarğıdalı, evkalipt yağı, süd əvəzediciləri və sair kimi malların idxalı və ölkə ərazisində satışı ilə məşğul olub. O, əsasən Rusiya Federasiyasından, Qazaxıstandan və müəyyən miqdarda Türkiyədən malları idxal edib satışını həyata keçirib.

Bu fəaliyyət nəticəsində Yusifovun dövlətə 8 milyon 464 min manat vergi borcu yaranıb. Həmin borc ödənilmədiyi üçün sahibkar cinayət məsuliyyətinə cəlb edilib.

İşə əvvəlcə Nərimanov Rayon Məhkəməsində baxılıb. Lakin məhkəmə verilmiş ittihamla razılaşmayıb. Hökmə əsasən, təqsirləndirilən şəxsin əməli daha yüngül maddəyə tövsif edilib, ona 1 il 11 ay islah işləri cəzası verilib.

Mülki iddiada tələb olunandan daha az – 77 min 258 manat vergi borcu müəyyənləşib. Amma apellyasiya instansiyasından keçən hökm Ali Məhkəmədə ləğv edilib. Məhkəmə işlə yenidən tanış olduqdan sonra prokuror və mülki iddiaçı tərəfinin etirazlarını əsaslı sayıb.

Nəticədə əvvəlki qərar tamamilə ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Beləliklə, yeni məhkəmə baxışında Arif Yusifovun dövlətə nə qədər borcunun olması yenidən mübahisələndiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq