Dövlətin sosial siyasətinin həyata keçirilməsidə büdcənin rolu - CƏDVƏL

Dövlətin sosial siyasətinin həyata keçirilməsidə büdcənin rolu - CƏDVƏL
Bütün Xəbərlər
00:05 16.04.2012
3128

2011-cu ilin dövlət büdcəsinin makroiqtisadi parametrləri əvvəlki illərdə olduğu kimi, Azərbaycanda davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirmişdir və dövlət büdcəsi ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini və digər tədbirləri özündə birləşdirmişdir.

2011-cu ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, qarşıda duran sosial və iqtisadi hədəflərin tam reallaşmasına imkan vermişdir. Respublikamızın iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq büdcədə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən, ümumi daxili məhsulun 3,8 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 7,2 faizlik artım sürəti əsas götürülmüşdür.

Sosial yönümlü xərclər büdcədə prioritet kimi nəzərə alınmışdır.

2010-cu ildə ölkə əhalisinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkə prezidenti tərəfindən bir sıra əhəmiyyətli addımlar atılmışdır ki, dölət başçısının imzaladığı silsilə sərəncamlarla 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının artımı həyata keçirilmiş, bir sıra müəssisələrdə çalışanların aylıq vəzifə maaşları, sosial müavinətlərin, o cümlədən məcburi köçkünlərə verilən müavinətin məbləği artırılmışdır. Eyni zamanda, şəhid ailələri, doktorant, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinin də müavinətləri müvafiq olaraq artırılmışdır. Bu artımların davamlılığının təmin edilməsi üçün 2011-ci il dövlət büdcəsində lazımi miqdarda vəsait nəzərdə tutulmuşdur.

Sosialyönümlü xərclərin əsas istiqamətləri

Ölkə əhalisinin sosial refahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün 2010-cu il sentyabr ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev silsilə sərəncamlarla vəzifə maaşları Vahid Tarif Cədvəli ilə tənzimlənən elm, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdə işləyənlərin, hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və dövlət qulluqçuları olmayan mülki işçilərin aylıq vəzifə maaşlarının, habelə, yaşa görə əmək pensiyalarının baza hissəsinin şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin, doktorantlar, ali, orta ixtisas və peşə təhsili tələbə və şagirdlərə verilən təqaüdlərin və ölkə üzrə digər sosial ödənişlərin artımı təmin edilmişdir.

Bu artımların tətbiqi ilə bağlı cari ilin dövlət büdcəsindən ayrılan vəsaitlərlə yanaşı, 2011-ci il dövlət büdcəsində 500,0 mln. manatadək vəsait nəzərdə tutulmuşdur ki, bu da təxminən 3,0 milyon nəfər əhalinin güzəranının daha da yaxşılaşmasına imkan verəcəkdir.

2011-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 3 milyard 519 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2010-cu illə müqayisədə 7,5 faiz və yaxud 247,0 milyon manat çoxdur.

2011-ci il dövlət büdcəsindəilk dəfə olaraq ali təhsil sistemində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar təhsil xərclərində müvafiq məbləğdə vəsait nəzərdə tutulmaqla adambaşına xərclərin proqnozlaşdırılması sisteminin tətbiqinə başlanılmışdır.

2011-ci il dövlət büdcəsində sosial sahələr üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 320,0 milyon manat vəsait ayrılmışdır.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilmişdir.

Elmin İsayev

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

Əhaliyə ödənişlər

1 916 980 000,0

O cümlədən

Əmək pensiyalarının ödənilməsinə

1 852 430 000,0

O cümlədən

Əmək pensiyalarının baza hissəsinə

1 317 130 000,0

Əmək pensiyalarının sığorta hissəsinə

535 300 000,0

Məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə

64 550 000,0

ondan:

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə

21 200 000,0

Hamiləliyə və doğuşa görə

21 350 000,0

Uşağın anadan olmasına görə

2 250 000,0

3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar

5 000 000,0

Dəfn üçün

10 400 000,0

Işsizliyə görə

4 350 000, 0

Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri

16 500 000,0

Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər

13 790 000,0

Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri

21 000 000,0

Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri

40 000,0

Sığortaolunanların fərdi uçot sisteminin tətbiqi ilə bağlı xərclər

400 000,0

“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər

1 430 000,0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 dekabr tarixli 449s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Maliyyələşdirmə Sazişi(“Sosial Müdafiənin İnkişafı Layihəsi”)” üzrə xərclərin maliyyələşdirilməsi

400 000,0

OXŞAR XƏBƏRLƏR