Türkiyənin Qazi Universitetinin Tibb Fakültəsi müəllimi, professor Uğur Coşqun qalıcı döymənin bütün dünyada istifadə olunduğuna işarə edərək vətəndaşlara xəbərdarlıqlar edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Uğur Coşqun xəbərdarlıq edib ki, döymə etdirməyin limfa xərçəngi riskini 21% artırdığı müəyyən edilib.
Aparılan araşdırmaları dəyərləndirən professor bədənə vurulan mürəkkəbin təhlükə yarada biləcəyinə diqqət çəkib.
O açıqlamasında bildirib:
"Döymələrin uzunmüddətli təsirləri ilə bağlı kifayət qədər araşdırma və məlumat yoxdur. Bu mövzuda əhəmiyyətli bir araşdırma dünən "Clinical Medicine” jurnalında dərc olunub. Aparılan bu araşdırmaya təxminən 11 min adam daxil edilib. Lund Universitetində linfoma olanlarda döymə nisbəti 21% ikən linfoma diaqnozu olmayanlarda bu nisbət 18% olaraq tapılıb. Nəticədə döymənin linfoma riskini artırdığı təyin olunub. Bununla belə, dəriyə vurulan döymə mürəkkəbinin aşağı dərəcəli iltihabı stimullaşdıracağı və beləliklə də limfomaya səbəb olacağı düşünülür. Bədənə vurulan mürəkkəb son nəticədə yad bir maddə və immun sistemini aktivləşdirir. Bu mövzuda dəqiq bir şey söyləmək üçün daha geniş araşdırmalara ehtiyac var”.
Gülay