DYP-dən daha bir səhv addım - FOTOLAR

DYP-dən daha bir səhv addım - FOTOLAR
Bütün Xəbərlər
13:30 26.12.2014
1564
99 FZ 601 dövlət nömrə nişanlı maşının sahibinə 501-in radarı göndərilib.AZXEBER.COM xəbər verir ki, avtosfer.az-ın daimi oxucularından biri İdrak Mustafayev saytımıza maraqlı fotolar göndərib. Oxucu bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsindən "VAZ" markalı, 99 FZ 601 dövlət nömrə nişanlı avtomobilin sahibinə radar cəriməsi ilə bağlı məktub gəlib. Məktubda qayda pozuntusuna dair inzibati protokol və fotomateriallar var. Lakin fotolarda başqa maşın əksini tapıb. Belə ki, 601 nömrə nişanlı avtomobilin sahibinə göndərilən radar cəriməsindəki foto 99 FZ 501 dövlət nömrə nişanlı avtomobilə məxsusdur. Yəni, qayda pozan 501 nömrəli avtomobil olduğu halda, cərimə 601 nömrəli maşının sahibinə göndərilib.
OXŞAR XƏBƏRLƏR