DYP-nə məxsus olan avtomobilin dövlət nömrə nişanı “90-YP-751” olsa da avtmobilin öz nömrəsi “951” olaraq qeyd edilib.
AZXEBER.COM-un elektron ünvanına göndərilən video, sürücülərdən birinin avtomobilindəki videoregstr tərəfindən lentə alınıb. Videoda başqa bir sürücünü saxlayan DYP avtomobilin dövlət nömrə nişanı ilə avtomobilin öz nömrəsi arasında ziddiyətli məqam ortaya çıxıb. Belə ki, sözügedən DYP avtomobilinin dövlət nömrə nişanı “90-YP-751” olsa da avtmobilin öz nömrəsi “951” olaraq qeyd olunub. Bu isə birbaşa qanun pozuntusudur.
Videodan da göründüyü kimi digər 634 dövlət nömrə nişanlı DYP avtomobili öz "mayak"ını söndürüb, yolun ikinci zolağında dayanaraq daha bir qayda pozuntusu edir. Bununla da o digər avtomobillərin normal hərəkətinə maneəçilik törədir.
Sözügedən videonu təqdim edirik: