E. Axundova: 'Onun çox güclü aurası, çox güclü biosahəsi var idi'

E. Axundova:
Bütün Xəbərlər
11:26 02.01.2013
1558
Publisist-yazıçı, jurnalist və millət vəkili Elmira Axundova Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 6 cildlik bioqrafik, sənədli roman-tədqiqat yazıb. Yazıçı sonuncu kitabı bitirmək ərəfəsində ANS PRESS-ə müsahibə verib.- Elmira xanım, siz vaxtilə çox obyektiv və populyar jurnalist olmusuz. Hətta Heydər Əliyevi obyektiv şəkildə tənqid edən və obyektiv şəkildə dəstəkləyən məqalələrin müəllifi olmusuz. Heydər Əliyev haqqında kitab yazmağa sizi nə vadar etdi?- Mən demək olar ki, 20 ildir Heydər Əliyevdən yazıram. Heydər Əliyevlə şəxsən tanış olduqdan sonra bir jurnalist kimi 90-cı ildən başlayaraq Rusiya və xarici mətbuatda onun haqqında vaxtaşırı məlumatlar, reportajlar, müsahibələr çap eləmişəm. “Literatura”, “İzvestiya”, “Azadlıq” qəzetinin rus bölməsində onun haqqında müxtəlif reportajlar etmişəm. Sonra 1996-cı ildə İsa Nəcəfovla birlikdə Heydər Əliyev haqqında ilk siyasi-detektiv janrda yazılmış “Naşirin qətli” adlı kitabı çap etdirmişik. Kitab Heydər Əliyevin ən ağır, çətin məqamlarından - onun Bakıya gəlməyindən və o gəlişinin qabağından sədd çəkilməsindən bəhs edirdi. Söhbət 90-cı ilin iyun və may aylarından gedir. Hansı ki, H.Əliyev o zaman Bakıya gəlib partiya qurultayında iştirak etmək istəyirdi. Lakin Qorbaçov başqa olmaqla Ayaz Mütəllibov və başqaları onun bu istəyinin qarşısını aldılar. Hətta onun ən yaxın adamı Əjdər Xanbabayevi qətlə yetirdilər. Bax, bu məsələ ilə əlaqədar biz çox maraqlı kitab yazmışdıq. Və bu kitab Heydər Əliyevin çox xoşuna gəlmişdi. Hətta o, bu kitab əsasında kino çəkmək qərarına gəlmişdi. Biz senari yazdıq və Vaqif Mustafayev kino çəkməyə başlamışdı. Ondan sonra Heydər Əliyev haqqında bir neçə kitabın, o cümlədən publisistik kitabların müəllifi olmuşam.- Bəs necə oldu ki, bioqrafik roman yazmaq ideyası yarandı? Çox maraqlıdır, niyə məhz siz yazmalı idiz?- Heydər Əliyev haqqında sırf bioqrafik, sənədli roman-tədqiqatı 2003-cü ildə yazmaq qərarına gəldim. Sağlığında onun xarici siyasəti haqqında “Həqiqət anları” adlı bir kitab çap etdirib, 80 illiyinə hədiyyə olaraq özünə göndərmişdim. Çünki mən onunla həmişə səyahətlərdə olmuşam. Jurnalist olaraq onu xarici səfərlərində müşayiət etmişəm və bütün bu məqalələri toplayıb maraqlı şəkillərlə gözəl bir kitab hazırlamışdım. Kitabı aprelin əvvəlində, hələ Heydər Əliyev xəstələnməmişdən qabaq özünə təqdim etdim. Kitab onun elə xoşuna gəlmişdi ki, şəxsən özü mənim evimə zəng vurub təşəkkürünü bildirdi və məni təbrik etdi. Mən o vaxt onun haqqında bioqrafik roman yazmaq istədiyimi bildirdim və məsləhət istədim. O, da öz razılığını bildirdi və sanki vəsiyyət elədi: “Vaxtilə mən özüm xatirələrimi yazmaq istəyirdim. Çox çalışdım, amma zamanım olmur. Sən yaz. Bu səndə pis alınmır” dedi. Bir aydan sonra Respublika Sarayında baş verən məlum hadisədən sonra, yəni xəstəlikdən sonra mən bir daha onunla nə danışa bildim, nə də görüşdüm. 2003-cü ilin yayından bioqrafik, sənədli roman-tədqiqatı yazmağa başladım.- Roman neçə cildlə tamamlanacaq?- Artıq 4 cild çıxıb. 2003, 2006, 2007 və 2008-ci illərdə 4 kitab buraxmışam. I cild 1923-1969 -KQB illəri, II cild 1969-1982 - birinci katib işlədiyi illər, III cild 1982-1990-Moskvada olduğu dövr, IV cild xronologiyadır, demək olar ki, onun bütün həyatının xronologiyasını yazmışam. Çox maraqlıdır ki, sizinlə müsahibəmiz çox maraqlı günə təsadüf edir, mən sonuncu kitablardan birini - 5-ci kitabı bu gün nəşriyyata təqdim etdim.- Bu kitabda nədən bəhs edilir?- 5-ci cild 1990-94-cü illəri - Naxçıvan dövrünü əhatə edir. Çox maraqlı və Heydər Əliyevin fəaliyyətinin ən az tanınan dövrüdür. Naxçıvan dövrü çox qapalı dövr idi. Orada yaşayırdı, amma üzdə deyildi. Fəaliyyəti heç kimə bəlli deyildi. Bilirdik ki, Naxçıvanı aclıqdan, səfalətdən, aqressiyadan qurtarıb. Naxçıvanı ermənilərə verməyib. Biz bunları təxmini 2-3 cümlə ilə bilirdik. Amma mənim kitabımda 800 səhifə var. Təsəvvür edin ki, nə qədər material toplamışam.- Bu, sonuncu kitabdır?- Xeyr, mən 6-cı cildin üzərində işləyirəm, artıq bitirmək üzrəyəm. 1993-2003 illəri - Heydər Əliyevin qayıdış dövrünü əhatə edir. Belə çıxır ki, bu kitabla 6 cildlik əsərim yaranır. Mən ən azı 3 cild olacağını düşünürdüm. İnanmazdım ki, 6 cildlik böyük bir roman yaranacaq.- Elmira xanım, əlbəttə ki, bədii əsər deyil ki, təxəyyülünüzün məhsulunu ortaya qoyasanız. Romanı nəyə əsasən işlədiz?- Müsahibələrə əsasən. Kitabın əsas məğzi ondan ibarətdir ki, bu bioqrafik-romanı yazdığım 10 ildə 300-ə yaxın həmsöhbətim olub. Hər bir insanla 3-4 saat, bəzən 2-3 gün söhbət edirdim. İndi bu insanların bəziləri rəhmətə gedib. Çünki qoca idilər. Bunlar Heydər Əliyevlə işləyən insanlar, yaxınları-doğmaları, müəllimləri idilər. KQB dövrünün insanları, siyasi büronun üzvləri, Kremldə işləyənlər idilər. Onların 50%-i artıq dünyasını dəyişib. Və bu kitabın unikallığı ondan ibarətdir ki, bu insanlar dünyadan köçüblərsələr də, xatirələri bu kitabda qalır. Artıq onlarla heç kim danışa bilməyəcək. Amma mən bunu etdim. Vaxtında onları izlədim, tapdım və onların dəyərli xatirələrini aldım.- Ən çətin müsahibləriniz kimlər olub? Yəni tapıb-danışdırmaqda çətinlik çəkdiyiniz insanlar kimlər idi?- Siyasi büronun üzvü Yeqor Likaçov heç bir azərbaycanlı ilə danışmaq istəməyib. Nikolay Rıjkov, SSRİ Nazirlər Sovetinin sədri idi, məndən başqa heç kim ondan müsahibə ala bilməyib. Çox məşhur Aleksand Yakovlev – Heydər Əliyevi sevməyən Qorbaçovun ən yaxın dostu, “Yenidənqurma” deyilən bir şeyin memarı.Danışmaq istəyənlər də olub, onları da danışdırmışam. Məsələn, Müslüm Maqomayev məndən başqa heç kimə Heydər Əliyev haqqında xatirələrini deməyib. Mən isə onun evində 3 saat oturub söhbət eləmişəm. Tahir Salahov məndən başqa heç kimə müsahibə verməyib.Bütün bunlar çox dəyərli materiallardır. Bu müsahibələr hamısı mənim evimdə durur. Bu kitabların ən dəyərli cəhəti ondan ibarətdir ki, bu insanların səsi kitab boyu səslənir. Və onlar hər biri bir rənglə, çalarla Heydər Əliyevin bioqrafiyasını yaradıblar.-Əlbəttə ki, sizin qələminizlə...- Mən sizə deyim ki, bu çox böyük vaxt, gərgin əmək, səbr tələb edən bir işdir. Çox çətin bir proses idi. Mənə elə gəlir ki, mən bunun öhdəsindən müvəffəqiyyətlə gəldim. Müsahibələri tutuşdurub, müqayisə edirdim. Kimsə haradasa dəqiq demirdi. Kim nə istəyir danışa bilərdi. Mən sadəcə müsahibə yazmırdım axı. Faktları dəqiqləşdirməmiş kitaba salmırdım. Bir hadisəni 5 nəfər danışırdı və mən bu 5 nəfərin hekayəsindən ortaq nəticəyə gəlib yazırdım. Çox çətin idi və çox yorulmuşam artıq. Amma çox sevindirici haldır ki, artıq bu işi başa çatdırmaq üzrəyəm.- Söhbətimizin əvvəlində özünüz də qeyd etdiz ki, bir çox xarici səfərlərində Heydər Əliyevi jurnalist kimi müşayiət etmisiz. Onu tanıdığınız başqa siyasətçilərdən fərqləndirən əsas cəhət nə idi?- Əvvəla, mən müşahidələrimdə hər bir siyasətçinin, hətta dünya miqyaslı siyasətçilərin Heydər Əliyevə çox böyük hörmətlə yanaşdığını görürdüm. Sanki Heydər Əliyev ayrıca bir insan idi. Əsl lider idi. Hamı ona xüsusi yanaşırdı. Hansısa tədbirdə 40-50 prezident olsaydı belə, o ölkənin rəhbəri birinci Heydər Əliyevə yaxınlaşırdı, birinci onunla salamlaşırdı. Hətta bir dəfə BMT-nin ofisində Fidel Kastro onlarla prezidentin arasından “Ooo, Heydər Əliyeviç” deyərək təkcə Heydər Əliyevi salamladı. Bəli, Fidel Kastro o qədər ölkə başçılarında yalnız Heydər Əliyevi tanıdı. Və belə təsadüflər çox olurdu.- Heydər Əliyevi araşdıran biri olaraq deyə bilərsizmi, onun siyasətçi kimi belə uğur qazanmasının sirri nədə idi?- Ola bilsin başqa siyasətçilər də öz ölkəsini sevirdi. Amma Heydər Əliyev üçün ölkənin maraqları hər şeydən üstün idi. Bizim mövqeyimizi əks etdirməyən bir nöqtəyə belə qol çəkməzdi. Dövlət maraqlarına təhlükə yaradacaq bir şeyə imzasını qoymazdı. Heydər Əliyev ən böyük tədbirlərdə, ən böyük forumlarda öz nitqi, məntiqi, dünyagörüşü ilə seçilirdi. Ən çətin danışıqlarda belə yumorla gərginliyi aradan qaldıra bilirdi. O, ən çətin həmsöhbətini ələ ala bilirdi, öz tərəfinə çəkə bilirdi. Həmişə deyirdi ki, bizim siyasətimiz ondan ibarətdir ki, düşmənlərimizi ya neytrallaşdıraq, ya da öz ölkəmizə dost edək. Bu onun həyat prinsipi idi. Onun opponenti olanlar, onu sevməyənlər, Azərbaycan haqqında mənfi təsəvvürləri olan insanlar Heydər Əliyevin kabinetindən onun dostu, silahdaşı kimi çıxırdı. Şəxsən mən dəfələrlə bunun şahidi olmuşam.- Demək istəyirsiz çox güclü psixoloq idi?- Onun çox güclü aurası, çox güclü biosahəsi var idi. Mən bir dəfə demişəm, mənə elə gəlir ki, onun güclü ekstrasensor qabiliyyəti var idi. İnsanlara psixoloji, hətta mənəvi cəhətdən yaxşı mənada təsir etməyi bacarırdı.-Elmira xanım, bu barədə kitabınızda yazmısız?-Sonuncu – 6-cı kitabımda “Heydər Əliyevin danışıq məharəti” adlı ayrıca fəsil var. Bu fəsildə Heydər Əliyevin komanda ilə danışıq mədəniyyəti, komanda ilə işləmək məharəti, ünsiyyət qurmasından söz açılır. Sonuncu kitabda Heydər Əliyevin hafizəsi, dünyagörüşü, prinsipləri barədə onun silahdaşları, komanda üzvləri söz açıblar. Onunla işləyənlər Heydər Əliyevin nadir xüsusiyyətlərindən çox maraqlı epizodlar danışıblar.- Bu kitab siyasətçilər üçün dərs vəsaiti də ola bilər...- Dərs vəsaiti olmasa da, Heydər Əliyevin komandası üçün, indiki işləyən insanlar üçün çox lazımlı bir kitab olacaq. İdarəçilik baxımından biz həmişə deyirik ki, Heydər Əliyevin idarəçilik məktəbini yaratmalıyıq. Amma çoxları bu idarəçilik məktəbinin nədən ibarət olduğunu başa düşmür. Mən son kitabımda bunu açmışam. Sizə balaca bir misal gətirəcəm; Heydər Əliyev Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdi. Sonra da partiyanın siyasi şurası seçildi. Həmin gecə də onları, indiki partiya rəhbərlərini yanına yığıb söhbət elədi. Onlara dedi ki, siz gələcəkdə nazir, səfir, deputat olacaqsız, insanları dinləməyi bacarmalısız. Bəlkə də siz onun problemini dərhal həll edə bilməyəcəksiz. Amma siz heç olmasa onu dinləyin, onun könlünü alın. Çalişin ki, ürəyini boşaltsın, sizin yanınızdan ümidlə, fərəhlə çıxsın.Heydər Əliyev bu sözləri deyəndə 1992-ci ilin noyabr ayı idi. O vaxt bu onlara qəribə gəlirdi. Amma necə dedi, elə də oldu. 2 ildən sonra onların biri nazir, biri səfir, ya da deputat oldular.Onun ikinci ən böyük məsləhəti bu oldu, heç vaxt nə özünüzü, nə də məni aldatmayın. Həmişə həqiqəti görün, həqiqəti bilin, mənə də həqiqəti deyin. Bir-birinizlə mehriban olun, bir-birinizə qarşı düşmən olmayın. Siz yekdil komandasız, yekdil çalışmağı öyrənin. Bax, kişi belə dəyərli məsləhətlər verirdi. Bu məsləhətlər indi də aktuallığını itirməyib. Məncə, belə kitablar çox lazımdır.- Necə düşünürsüz, Heydər Əliyev milli lider olmaqla yanaşı, bəlkə də dünyanın taleyini dəyişəcək qədər güclü siyasətçi idi?- Bəli, bəli. Ona yaxın bir insan mənə çox maraqlı bir fikir söylədi, “Heydər Əliyev balaca bir ölkənin rəhbəri oldu, lakin o hər hansı böyük bir ölkənin rəhbəri ola bilərdi.” SSRİ-də güclü olan insanların çoxu mənimlə söhbətlərində deyirdilər ki, Heydər Əliyev Qorbaçovun yerinə seçilsəydi, ya da Siyasi Büroda onun yanında qalsaydı SSRİ dağılmazdı. Bu yaxşıdır, ya da pisdir, deyə bilmərəm. Bunu qoyaq bir kənara. Amma dövlət olaraq onu saxlamışdı. Deməli, Heydər Əliyev belə güclü şəxsiyyət idi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb