Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları rayonda oğurluq etmiş dəstə üzvlərini saxlayıblar.
Bu barədə DİN-dən məlumat veriblər.
Bildirilir ki, avqustun 31-də saat 04 radələrində Ağcabədi şəhərində “İnkişaf üçün maliyyə” MMC-nin Ağcabədi rayon filialının inzibati binasına pəncərədən girmiş şəhər sakinləri Xəyal Talıbov, Elmir Gülmalıyev və Cəmaləddin Hüseynov oradakı otaqlardan birində olan seyfdən 235 manat, habelə digər otaqda quraşdırılmış “E-manat” ödəmə terminalından 10879 manat oğurlayıblar. Cinayəti törədənlər şəxslər elə hadisə yerini tərk edərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
//azvision