Ebola virusu sürətlə yayılır

Ebola virusu sürətlə yayılır
DÜNYA
17:54 14.06.2026
154

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasının şimal-şərqində Ebola virusunun yayılmasının davam etməsi ilə bağlı ciddi narahatlığını bildirib. Son məlumatlara görə, təsdiqlənmiş yoluxma hallarının sayı 710-a, ölənlərin sayı isə ən azı 149-a çatıb.

AZXEBER.COM "Unikal"a istinadla xəbər verir ki, son 24 saat ərzində daha 21 yeni yoluxma halı aşkarlanıb.

Xəstəxanalarda və təcridxanalarda yüzlərlə xəstə var, mütəxəssislər hesab edirlər ki, yoluxma və ölüm hallarının faktiki sayı rəsmi rəqəmlərdən xeyli çox ola bilər. Yoluxma hallarının artması ilə mübarizə aparmaq üçün ÜST və ölkə hakimiyyəti təxminən 550 milyon dollara başa gələn genişmiqyaslı proqrama başlayıb. Əsas məqsəd infeksiyanın yayılmasının qarşısını almaq, yeni yoluxma hallarını müəyyən etmək və əhalini qorumaqdır.

Yoluxma hallarının 93 faizi İturi əyalətində qeydə alınıb, lakin virus Şimali və Cənubi Kivu da daxil olmaqla digər bölgələrə yayılmağa davam edir. Qonşu Uqandada da yoluxma halları qeydə alınıb, burada 19 yoluxma və iki ölüm hadisəsi təsdiqlənib.
OXŞAR XƏBƏRLƏR