Ebru Gündəşlə Rza Zərrabın qızının ilk fotosu yayıldı - FOTO

DÜNYA
11:44 05.03.2013
5477

Atasına bənzərliyi ilə diqqət çəkən Alara, baxıcılar və mühafizəçilərinin müşayiəti ilə özəl bir avtomobillə evə göndərilib

Ebru Gündəş-Rza Zarrab çütlüyünün 15 oktyabr 2011-də dünyaya gələn qızları Alara ilk dəfə "Milliyət"in fotomüxbiri tərəfindən görüntülənib. Gündeş qızını konsert proqramlarında özü ilə gəzdirmək əvəzinə baxıcılarına əmanət edir. Gündəş və Zərrabın üstündə titrədikləri balaca Alara dünən baxıcıları ilə birlikdə parkda eyləncəli dəqiqələr keçirib. İlk dəfə media tərəfindən şəkilləri çəkilən Alaranın atdığı kiçik addımları izləməyə dəyərdi. Ətrafına gülüşlər saçan körpə Alaranın park əyləncəsi yarım saat sürüb. Atasına bənzərliyi ilə diqqət çəkən Alara, baxıcılar və mühafizəçilərinin müşayiəti ilə özəl bir avtomobillə evə göndərilib. Ebru Gündeş qızını dünyaya gətirdikdən sonra ilk reportajında, “Dünyanın ən gözəl hədiyəsi üçün həyat yoldaşıma çox təşəkkür edirəm” açıqlaması etmişdi.

OXŞAR XƏBƏRLƏR