Türkiyəli məşhur model Ebru Şallının iş adamı Uğur Akkuşla evliliyinə son verəcəyi söylənilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ebru Şallının ötən aylarda əri tərəfindən zorakılığa məruz qadığı iddia edilmişdi.
Əri tərəfindən şiddətə məruz qaldığı iddiası ilə gündəm olan Ebru Şallının 2019-cu ildə ailə qurduğu Uğur Akkuşdan boşanacağı iddia edilib. Ona qarşı boşanma iddiasından sonra sosial media hesabından paylaşım edən Şallı evliliyində problemlər olduğunu, lakin hələ də boşanma işi açılmadığını bildirib.
Qeyd edək ki, onlar bundan əvvəl evliliklərində sıxıntılar yaşasalar da, yenidən münasibətlərinə şans vermişdilər.
Ayşən