Əbülfəs Qarayevdan yeni təyinatlar

Əbülfəs Qarayevdan yeni təyinatlar
Bütün Xəbərlər
17:38 14.01.2016
1022
Nazir əmr verdi.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Səxavət Məmmədov teatrın direktoru vəzifəsinə, Xəzər Gəncəli isə baş rejissor vəzifəsinə təyin olunublar.
Nazirlikdən AZXEBER.COM-a verilən xəbərə görə, 12 yanvar 2016-cı il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə teatrın kollektivinə bu barədə məlumat verilib və yeni baş rejissor kollektivə təqdim olunub.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2015 ci il tarixli sərəncamı ilə əməkdar artist adına layiq görülən teatrın aktyoru Yaqubov Şıxı Miriş oğlu bu münasibəti ilə təbrik edilib və fəxri adın verilməsi ölkə rəhbərliyinin Mingəçevir şəhərində mədəniyyətə diqqətinin təzahürü kimi qiymətləndirilib.
OXŞAR XƏBƏRLƏR