Əbülfəz Elçibəy, Ərdoğan, Kadir İnanır və Orhan Gencebay - GÜNÜN FOTOSU

Əbülfəz Elçibəy, Ərdoğan, Kadir İnanır və Orhan Gencebay - GÜNÜN FOTOSU
Bütün Xəbərlər
13:15 22.08.2012
2993
Mərhum eks-prezident Əbülfəz Elçibəylə bağlı indiyədək bilinməyən məlumat üzə çıxıb. Məlum olduğu kimi Əbüləfəz Elçibəy 2000-ci ildə ölümündən əvvəl iki dəfə Türkiyədə tibbi klinikada olub. O, 2000-ci ilin əvvəlində Ankara xəstəxanasında müayinə olunub. O zaman Ankara xəstəxanasındakı müayinə sonucunda Əbülfəz bəyə prostat xərçəngi diaqnozu qoyulub. Həkimlər ona əməliyyat olunmağı məsləhət görsələr də, Elçibəy buna razılıq verməyib. Ondan sonra Azərbaycana qayıdan Elçibəy bir də 2000-ci ilin ortalarında, vəziyyəti ağırlaşanda  Türkiyəyə aparılıb. Əvvəlcə Ankara xəstəxanasına yerləşdirilib, daha sonra Gülhanə Hərbi Tibb Akademiyasına köçürülüb. Əbülfəz Elçibəy ölümünə qədər Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunub, amma bu, səmərə verməyib və eks-prezident dünyasını dəyişib. 2002-ci ilədək Əbülfəz Elçibəyin Ankara və Gülhanə Hərbi Tibb Akademiyasındakı müayinə və müalicə məsrəfləri ödənməmiş qalıbmış. Bu barədə saytımıza adının gizli qalmasını istəyən türkiyəli millət vəkili məlumat verib. Hakim Ədalət və İnkişaf Partiyasında (AKP) təmsil olunan deputatın sözlərinə görə, məsrəflər heç də az deyilmiş və Türkiyə tərəfi bunu Azərbaycandan istəyə bilmirmiş. Əbülfəz Elçibəyin ölümündən sonra isə həmin xərclərin kim tərəfindən ödəniləcəyi də qaranlıq qalıbmış. Fakt barədə 2002-ci ildə hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyinə məruzə olunub. O zaman AKP lideri Rəcəb Tayyip Ərdoğan partiyasında təmsil olunan bir iş adamına Əbülfəz Elçibəyin Ankara və Gülhanə Hərbi Tibb Akademiyasındakı müayinə və müalicə məsrəflərini ödəmək barədə tapşırıq verib. Və bununla da problem həllini tapıb.Şəkildə Elçibəy Türkiyədə toy məclisində. Soldan 1-ci o vaxt siyasətdə o qədər də tanınmayan Rəcəb Tayyip Ərdoğan, daha sonra kinoaktyor Kadır İnanır, Əbülfəz bəy, müğənni Orhan Gencebay... /// modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib