Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi xəbəri Türkiyə mətbuatında

Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi xəbəri Türkiyə mətbuatında
Bütün Xəbərlər
18:04 17.08.2012
1895
Azərbaycanın keçmiş prezidenti, mərhum Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi barədə məlumatlar Türkiyə mətbuatında geniş əks səda yaradıb.Türkiyə KİV-lərinin yaydığı məlumatda bildirilir ki, Bakı Şəhər Prokurorluğu eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə cinayət işi başladıb. “Aparılan istintaq çərçivəsində Əbülfəz Elçibəyə yaxın olan bir neçə şəxs dindirilib. Əbülfəz Elçibəyin “özəl qələmi” və yaxın qohumu Əli Mürsəloğlu, tanınmış hüquqşünas Adil Minbaşı, mərhumun qardaşı Almurad Əliyev artıq dindirilənlər sırasındadır. Almurad Əliyev qardaşının zəhərlənməsi barədə yayılan xəbərlərə inanmadığını bildirir”.

Qeyd edək ki, eyni tipli xəbərlər Türkiyənin “Dunyabulteni”, “Zaman”, “Habertv.org”, “f5haber.com” və digər mətbu orqanlarda yayımlanmaqdadır.

OXŞAR XƏBƏRLƏR