Ötən gün siyasətdən getdiyini bəyan edən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı qərarını dəyişib.
AZXEBER.COM-un məlumatına görə, bu haqda o Facebook profilindəyazıb. AXCP üzvü siyasi fəaliyyətini davam etdirəcəyini bəyan edib: “Son hadisələr, olanlar məni xeyli üzdü. Xoşagəlməz davranış məni "siyasətdən gedirəm" açıqlamasını verməyə məcbur etdi. Bu açıqlama sonda həm də ictimai rəyi öyrənmək üçün faydalı oldu. Əyalətdən Bakıyadək, xaricədək cəbhəçilər, həmfikirlərimiz məyusluqlarını, narahatçılıqlarını ifadə etdi. Həm mənə dəstək oldular, həm də getməməyə çağırdılar. Açığı, həm bu çagırışlarla yanaşı məndə fəaliyyətimi davam etdirmək istəyi var. Bizdən öncəki nəsillərin başlatdığı yolu davam etdirmək, məqsədimizə çatmaq və köklü dəyişikliklərlə qurulacaq Azərbaycan vətəndaşı olmaq hər cür çətinliklərdən çox çox cəlbedicidir. Getməmək, "o uzaq yola" davam etmək! Qərarım budur. Bu gün yola davam qərarım həm tutduğum yolda, təmsil olunduğum AXCP-də qələbəyədək yürümək əzmimin və bütün mübarizə dostlarımızn arzusunun ifdəsi kimi də qəbul olunmalıdır. Opponentlərimizdən sevincək olanlar, kəmfürsətlik edənlər də oldu. Olsun, bunu görməzliyə vurdum. Qarşı tərəfin mediasının canfəşanlığına isə yalnız gülmək lazımdır. Çox istəyirəm ki, mənim kimi eyni məntiqlə getmək qərarı vermiş dostum Rəşadət Axundov da geri dönsün. Birlikdə dəyişiklik üçün çiyin-çiyinə davam edək. Həmçinin bütün fəal gənclərə təmkinlə, bir-birimizə hörmət və dostluq hissi ilə gələcək naminə addımlamağa çağırıram. Problemli olduğumuz təşkilata qarşı hər hansı barışmazlıqdan tamamilə uzağam və onların da yerində olması ümumi mənafeymizə uyğundur. Nəhayət, dostlar, cəbhəçi gənclər, gəlin, kim nə yanlışlıq edibsə, unudaq. Kin saxlamayaq. Biz hamımız səhvlərə rəğmən bir-birimizə təşkilat, fərd olaraq lazımıq. Qoy, bizim qəlbimizdə təkcə talançi ve böhtançı hakimiyyətə ədavət hissi əskik olmasın! Qalibiyyət gününə inamla!”.
Qeyd edək ki, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı ötən gün verdiyi açıqlamada siyasətdən getdiyini bildirmişdi. Buna səbəb isə müxalif yönlü gənclər arasında "vorovskoy mir” üslubundabaş verən “razborka” olmuşdu. (Xəbəri burdan oxu: https://www.azxeber.com/news/19565.htm )