Editor.az İnformasiya Portalının fəaliyyətində texniki problemlər yaranıb.
Bununla bağlı saytın yaydığı xəbərdə deyilir:
"Son üç gündür bizdən asılı olmayan texniki səbəblər üzündən Editor.az İnformasiya Portalına girişdə ləngimələr və bəzən məhdudiyyətlər müşahidə olunur. Məsələ ilə bağlı narahatlığını ifadə edən hörmətli oxucularımızın diqqətinə çatdırırıq ki, portalımızın texniki heyəti problemin ən qısa zamanda həlli üçün fəaliyyətini davam etdirir.
Yaranmış müvəqqəti problemə görə, üzr istəyirik!"