Editor.az-ın 1 yaşı tamam oldu

Editor.az-ın 1 yaşı tamam oldu
Bütün Xəbərlər
18:40 23.11.2013
1045

Fərid Şahbazlı: “Editor.az Azərbaycanın internet media məkanında özünəməxsus yer tuta bilib”

2012-ci ilin 23 noyabrında fəaliyyətə başlayan Editor.az İnformasiya Portalının 1 yaşı tamam olur. Bu barədə məlumat verən portalın baş redaktoru Fərid Şahbazlının sözlərinə görə, Editor.az onların bundan əvvəlki media layihələrinin davamıdır: “Hesab edirəm ki, fəaliyyətinin 1ilinin tamamında Editor.az Azərbaycanın internet media məkanında özünəməxsus yer tuta bilib. Gündəlik beş mindən artıq oxucunun ziyarət etdiyi portal ölkəmizdə ciddi informasiya resurslarından hesab olunur”.

Fərid Şahbazlının sözlərinə görə, Editor.az qarşıdan gələn 2014-cü ildə yeni və maraqlı layihələrlə fəaliyyətini davam etdirəcək.

AZXEBER.COM Editor.az-ın 1 yaşını təbrik edir.

OXŞAR XƏBƏRLƏR