Ədliyyə orqanlarına işə qəbul olmaq istəyənlərin nəzərinə!

Ədliyyə orqanlarına işə qəbul olmaq istəyənlərin nəzərinə!
Bütün Xəbərlər
12:19 29.05.2013
1790

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.

AZXEBER.COM Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, imtahan iyun ayının 9-da saat 10.00-da bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında olacaq. Bununla əlaqədar cari ilin fevral ayından başlanmış sənəd qəbulu iyun ayının 4-də başa çatacaq. Xatırladırıq ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni iyun ayının 7-dən etibarən saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.

OXŞAR XƏBƏRLƏR