Eduard Bağırovdan türk dünyasına növbəti zərbə

Eduard Bağırovdan türk dünyasına növbəti zərbə
Bütün Xəbərlər
18:40 24.04.2013
1364

Moskvada yaşayan azərbaycanlı bloqer və yazıçı Eduard Bağırov erməni xalqına Osmanlı İmperiyası dövründə hadisələrlə bağlı başsağlığı verib.

 Azərbaycan əleyhinə dəfələrlə kəskin danışan E.Bağırov “Livejournal”da olan səhifəsində ermənilərə başsağlığı verib.

Bu azmış kimi o, başsağlığını “Moskvada yaşayan adekvat azərbaycanlılar” adından yazıb.

Qeyd edək ki, Eduard Bağırov 1975-ci il oktyabrın 25-də Türkmənistan SSR Marı şəhərində anadan olub.

2007-ci ildə o, ilk romanı olan “Qastarbayter”i dərc edib. Müəllif etiraf edib ki, əsər 80% onun tərcümeyi-halıdır.Qalmaqallı əsər məşhurlaşıb və 100 min tirajla satılıb. Bağırova məşhurluğu təkcə bu əsər gətirməyib. O Rusiyada siyasətçi, jurnalistlər və digər məşhur insanlarla qalmaqalları ilə də məşhurdur. /// gun.az

OXŞAR XƏBƏRLƏR