Əflatun Amaşov: 'Hazırda “qara siyahı”da 84 KİV-in adı yer alıb'

Əflatun Amaşov:
MEDIA
12:50 11.07.2013
1381

Azərbaycan jurnalistlərinin V qurultayından bəri Azərbaycan Mətbuat Şurasına ümumilikdə 2871 müraciət daxil olub.

Bunlardan 2143-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir.

Gün.Az xəbər verir ki, bunu Mətbuat Şurasının sədriƏflatun AmaşovAzərbaycan jurnalistlərinin VI qurultayında çıxışı zamanı deyib.

O deyib ki, ilkin mərhələdə baxılan 2871 məsələdən 1399-u Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 744 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib:

“Ötən müddətdə Şuraya daxil olan şikayətlərin 728-nə komissiyalarda baxılıb. Bunlardan 511-i Şikayətlər üzrə Komissiyada, 96-ı “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında, 17-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 24-ü Sosial-iqtisadi komissiyada araşdırılıb.

2871 müraciətdən 2143-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlər təşkil etdiyi halda, yerdə qalan 728 müraciətdən 51-i Mətbuat Şurasının “qara siyahı”sında olan KİV-lərdəndir.

Prosedur qaydalara əsasən, belə müraciətlərə Şuranın apellyasiya qrupunda baxıldıqdan sonra cavablandırılıb. 10 məsələ Bölgə mətbuatının inkişafı üzrə Komissiya, 10 məsələ Hüquq komissiyası, 9 məsələ Dil Komissiyası tərəfindən araşdırılıb”.

Ə.Amaşovun sözlərinə görə, Şikayətlər üzrə Komissiyada baxılan 511 məsələdən 363-ü komissiya səviyyəsində həllini tapıb. Digər 148 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.Ə.Amaşov vurğulayıb ki, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 96 şikayətdən 78-i barədə təqdimat hazırlanaraq yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə verilib, 18 şikayət isə komissiyada həllini tapıb:“Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 161 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 148 rəyindən 130-u, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 11 təqdimatından 10-u əsas götürülüb.Şikayətlər üzrə Komissiyanın 148 rəyindən 10-u təkrar baxılmaq üçün Katibliyə təqdim edilib. İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 20-nə xəbərdarlıq edilməsini nəzərdə tutub.

135 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 86 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının “qara siyahı”sına salınmasını nəzərdə tutub.

Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında baxılan 17, Sosial Komissiyada baxılan 24 şikayətin hər biri həllini tapıb, bu barədə İdarə Heyətinə müvafiq məlumat verilib.Bundan başqa, İdarə Heyətinin cari məsələlərlə bağlı digər 95 qərarı var ki, bunlardan da 8-də “qara siyahı”dakı KİV-lərin oradan çıxarılması ilə bağlı müraciətləri araşdıran apellyasiya qrupunun təqdimatına əsaslanılıb.Qurultaylararası dövrdə Şuranın İdarə Heyətinin 54, Şikayətlər üzrə Komissiyanın 62, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 18, Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının 14 iclası keçirilib.Bundan başqa, müxtəlif məsələlərlə bağlı Şuranın Sosial Komissiyasının 13, Hüquq, İqtisadiyyat, Dil, Təhsil, Bölgə mətbuatının inkişafı komissiyalarının hər birinin 12 iclası keçirilib. Şuranın apellyasiya qrupu 8, Ahıl Jurnalistlər Məclisi 15 dəfə toplanıb”.

Ə.Amaşov Azərbaycan mətbuatında “Reket jurnalistika”ya qarşı görülən mübarizə tədbirlərini də açıqlayıb.O bildirib ki, keçən qurultayın qətnaməsində “reket jurnalistika”ya qarşı mübarizə də Mətbuat Şurasının prioritet vəzifələrindən biri kimi müəyyənləşdirilib. Qurultaydan sonra bu işin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deyən Ə.Amaşov qeyd edib ki, şuranın “Reket jurnalistika”ya qarşı mübarizə komissiyası yaradılıb:

“Mətbuat Şurası tərəfindən 2009-cu ilin “reket jurnalistika”ya qarşı mübarizə ili elan edilməsi bu istiqamətdəki səylərin artırılmasında özünü göstərdi. Əgər 2008-ci ildə adları “qara siyahı”ya salınan qəzet və jurnalların sayı 36 idisə, 2009-cu ildə bu rəqəm 94-ə, 2010-cu ildə 110-a çatıb.

Mətbuat Şurası etik prinsiplərə sayğısız yanaşan, peşə fəaliyyəti ilə bir araya sığmayan hallara mütəmadi yol verən mətbu orqanlarla bağlı məsələləri yalnız onların adlarının “qara siyahı”ya salınması ilə yetərli saymayıb”.

Ə.Amaşov deyib ki, Şuranın tərkibində yaradılan apellyasiya qrupunun apardığı araşdırmalara istinadən düz yola qayıtmaq istəyənlərin müraciətlərinə baxılıb.

“Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə “qara siyahı”dan 26 qəzet və jurnalın adının çıxarılması barədə qərar qəbul edib. Sonrakı illərdə daha 14 qəzet siyahıdan çıxarılıb. Hazırda “qara siyahı”da 84 KİV-in adı yer alıb”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib