Əflatun Amaşov: "Hər addımda jurnalistin məhkəməyə verilməsi problemlərin həll yolu deyil”

ÖZƏL
13:42 24.01.2018
1703
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov "AAAF Holdinq” MMC-nin təsisiçisi Tofiq Heydərovun "Unikal.Org” saytının jurnalisti Aygün İlqarqızını təhqir etməsi məsələsinə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, Ə.Amaşov "Ölkə.Az”-a açıqlamasında jurnalist Aygün İlqarqızı ilə iş adamı Tofiq Heydərov arasında yaranan qalmaqalın arzuolunmaz olduğunu söyləyib:

 "Kiminsə təhqir olunması yolverilməzdir. Fərqi yoxdur jurnalistdir, ya qeyrisi. Bu əxlaqa və qanunun tələblərinə ziddir. Hər hansı məsələni və ya mübahisənin həll etmək üçün məhkəmə və digər müvafiq instansiyalar mövcuddur”. 

Şura sədri qeyd edib ki, jurnalistin səhv xəbər yazdığı halda belə, təhqirə məruz qalması yolverilməzdir: 

"Jurnalistlər cəmiyyətin həssas təbəqəsi olduğu üçün onlarla mövcud olan məsələlərdə kifayət qədər diqqətli olmaq lazımdır. Əgər jurnalistlərin sualları vaxtında cavablandırılarsa, tam əminəm ki, bu və buna bənzər problemlər yaşanmaz. Hər bir məmur və ya vəzifəli şəxs jurnalist sorğularına həssas yanaşmalı, özlərini qane etməyən məqamlara münasibətdə dözümlülük nümayiş etdirməlidir. Əgər kiminsə hərəkətlərindən narazılıq varsa, qarşı tərəfin onu məhkəməyə vermək hüququ var. Jurnalistin şəxsi həyatına aid fotoları yaymaq, onun haqqında təhqiramiz ifadələr səsləndirmək vəziyyətdən çıxış yolu sayıla bilməz. Əslində hər addımda jurnalistin məhkəməyə verilməsi də problemlərin həll yolu deyil”.

Ə.Amaşov jurnalistlərin yaşadığı bu kimi məsələlərin Mətbuat Şurası tərəfindən araşdırılaraq, diqqətdə saxlandıldığını bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:13 23.09.2020

Hikmət Hacıyev: "Terrorçuların Qarabağa gətirilməsi kanalları üzərində iş aparılır"

16:13 23.09.2020

Zərdab rayonunda küçələrdən birinə şəhid hakimin adı verildi

15:53 23.09.2020

Bakıdan Ankara və Antalyaya xüsusi reyslər həyata keçiriləcək

15:41 23.09.2020

Ərinin dostuna qoşulub qaçan gəlin tapıldı

15:39 23.09.2020

Prezident: Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq

15:30 23.09.2020

Məktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?

15:25 23.09.2020

Azərbaycanda toylar bərpa edilir? - Şadlıq saraylarında yer yoxdur

15:23 23.09.2020

"Dünya pandemiya maskasını çıxarmasa belə biz erməni maskasını yırtmalıyıq"

15:15 23.09.2020

İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"

15:05 23.09.2020

Artıq Azərbaycanda doğum və ölüm belə qeydə alınacaq - FƏRMAN

14:46 23.09.2020

“Qüdrət Həsənquliyev məmur olsaydı, Prezident onu vəzifəsindən azad edərdi”

14:30 23.09.2020

Türkiyədə insanlar üzərində test edilən koronavirus peyvəndindən xəbər var

14:18 23.09.2020

Sergey Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır”

14:06 23.09.2020

Naqif Həmzəyev: Azərbaycan müstəqil mövqeyi olan dövlət olduğunun bir daha nümayiş etdirdi

13:41 23.09.2020

Ağstafada arı sancan kişi vəfat etdi

13:29 23.09.2020

İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda

X Mostbet