"Prezidentin bu sərəncamı məni qaranlıq bir quyudan işıqlı dünyaya çıxardı" - Aytəkin Alxaslı

SOSİAL
14:47 23.07.2020
6793
Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Aytəkin Alxaslı Prezident tərəfindən "Tərəqqi” medalı ilə təltif olunub.
 
AZXEBER.COM jurnalistin təəssüratını öyrənmək üçün onunla əlaqə saxlayıb.
 
O ilk növbədə jurnalist həmkarlarına təşəkkür edib: "Dünən sizin sayt mənim haqda xəbər yazmışdı. Nə qədər insan mənə zəng etdi, təbrik etdi. Sizə və bütün həmkarlarıma təşəkkür edirəm. İlk olaraq mənə qardaşım oğlu, qardaşımın nəvəsi və Aytən Səfərova zəng etdi. Mən bu zaman Qubadan tədbirdən gəlmişdim. Bu xəbəri eşidəndə 1982-ci ilə universitetə qəbul olanda sevindiyim qədər sevindim.

Jurnalist onu "Tərəqqi" medalına layiq görən Prezidentə təşəkkür edib: 
 
"Cənab Prezident Qarabağ savaşı və Tovuz hadisələri ilə qarşılaşdığımız məqamda vaxt tapıb, mənim kimi sadə bir insanı qiymətləndirirsə, bu necə hiss ola bilər? Cənab Prezidentə sonsuza qədər təşəkkür edirəm. Kaş əlim çatardı, həmin dəqiqə Cənab Prezidentə şəxsən təşəkkürümü bildirərdim. Prezidentin bu sərəncamı məni qaranlıq bir quyudan işıqlı dünyaya çıxardı.
 
"Hazırda işsizsiniz bəs necə dolanırsınız?" sualına isə jurnalist belə cavab verib: "ANS bağlanandan mən əməkhaqqı almıram. Ailəmin-bacımın, qardaşımın hesabına dolanıram".
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:47 27.10.2020

Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi

12:25 27.10.2020

Milli Məclis Vəng kəndinin Çinarlı kəndi adlandırılmasını təsdiqlədi

12:23 27.10.2020

DİN koronavirusla bağlı əhaliyə müraciət etdi

12:22 27.10.2020

Elçin Əmirbəyov: “Paşinyan ölümə göndərdiyi minlərlə erməni əsgərin ata-analarına cavab verməli olacaq”

12:20 27.10.2020

Çeçenistanda Fransa prezidenti “dünyanın bir nömrəli terrorçusu” adlandırıldı

12:07 27.10.2020

Düşmənin atdığı daha bir “Smerç” Tərtərin Düyərli kəndinə düşüb

12:00 27.10.2020

Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır- RƏSMİ

11:46 27.10.2020

Əliyar Əliyevin qızı: “Bərxudarovun “Tikanlı zəmi”yə qələbə bayrağı sancmasını ondan çox gözləyirik” - VİDEO

11:39 27.10.2020

Pakistanda partlayış: 7 nəfər ölüb, 70 nəfər yaralanıb

11:33 27.10.2020

Tərtərin Şuşa həsrəti ilə yaşayan ən yaşlı cütlüyü: “Şuşa alınsın, qaça-qaça gedərik” - VİDEO

11:16 27.10.2020

Müdafiə Nazirliyi döyüşün müqəddəratını dəyişən igidlərimizlə bağlı material hazırladı - VİDEO

10:55 27.10.2020

Prezident: “Biz torpaqlarımızı nəyin bahasına olsa, qaytaracağıq”

10:51 27.10.2020

İlham Əliyev: "Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik"

10:48 27.10.2020

“Düşünürəm ki, barışıq mümkündür”

10:47 27.10.2020

“Dünyanın aparıcı ölkələrinə güvənirdilər”

10:37 27.10.2020

“Ermənistanda Rusiyanın MiQ-29, Su-30 təyyarəsi var”