"Əfqanıstan xalqı ilə güclü həmrəylik nümayiş etdirməliyik" - Ərdoğan

"Əfqanıstan xalqı ilə güclü həmrəylik nümayiş etdirməliyik" - Ərdoğan
DÜNYA
22:04 12.10.2021
364
Beynəlxalq ictimaiyyətin Əfqanıstan xalqına arxa çevirmək və ya bu ölkəni öz taleyi ilə təkbaşına buraxmaq kimi seçimi yoxdur.
 
AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvə Görüşünün Əfqanıstana dair fövqəladə toplantısında ifadə edib.

Toplantıya İstanbulun Vəhdəttin köşkündən videokanfrans vasitəsilə qoşulan Türkiyə Prezidenti G20-ni dünyanın üzləşdiyi çətinliklər qarşısında əməkdaşlıq üçün əsas platforma olaraq gördüyünü bildirib.

Əfqanıstanda baş verən hadisələrin yalnız siyasi və humanitar deyil, iqtisadi və maliyyə sahələrinə də təsirsiz ötüşmədiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan bu ölkədə təhlükəsizliyin və sabitliyin ən qısa zamanda təmin olunmasının təkcə bölgədə deyil, beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb etdiyini, dialoq kanallarını açıq saxlayaraq "Taliban”ı tədricən əhatəli hökumət qurmağa yönəltməyin vacibliyini deyib.

Əfqanıstan xalqının 40 ildən çoxdur qeyri-sabitlik, münaqişə və terrorun dağıdıcı nəticələri ilə yanaşı, siyasi qeyri-müəyyənliklə də mübarizə apardığını diqqətə çatdıran Prezident Ərdoğan bildirib: "Belə bir dövrdə beynəlxalq ictimaiyyətin Əfqanıstan xalqına arxa çevirmək və ya bu ölkəni öz taleyi ilə təkbaşına buraxmaq kimi seçimi yoxdur. Siyasi prosesdən asılı olmayaraq, ölkədə dərinləşən humanitar böhran səbəbindən Əfqanıstan xalqı ilə güclü həmrəylik nümayiş etdirməliyik. Türkiyənin Qızıl Aypara Cəmiyyəti bu yaxınlarda Əfqanıstana 33 ton ərzaq yardımı etdi. Bundan başqa, hərtərəfli humanitar yardım paketi üzərində işləyirik”.

Türkiyə Prezidenti Əfqanıstandakı qeyri-sabitliyin dünyada nizamsız miqrasiyaya da səbəb ola biləcəyinə diqqət çəkib. Hazırda Türkiyədə təqaüdlə təhsil alan 1100 əfqan tələbənin olduğunu qeyd edən Ərdoğan bu yardımların davam etdiriləcəyini söyləyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndi Bəyannaməsi qəbul edildi
21:59 03.07.2026
Xankəndi Bəyannaməsi qəbul edildi
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
21:54 03.07.2026
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
21:45 03.07.2026
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
20:28 03.07.2026
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı
20:15 03.07.2026
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı
Daha bir itkin düşmüş şəhidimiz Kəlbəcərdə dəfn olundu - FOTOLAR
20:04 03.07.2026
Daha bir itkin düşmüş şəhidimiz Kəlbəcərdə dəfn olundu - FOTOLAR
Röyadan Arzumun həbsinə münasibət: Məni ağlatdı
19:47 03.07.2026
Röyadan Arzumun həbsinə münasibət: Məni ağlatdı