Əfqanıstan paytaxtı Kabildə bazar günü bir neçə partlayış baş verib. Bu barədə Trend-ə adının çəkilməsini istəməyən Əfqanıstandakı rəsmi mənbə bildirib.
Mənbənin sözlərinə görə, hücumların biri terrorçu-intiharçı tərəfindən ABŞ-ın səfirliyinə qarşı törədilib. Həmçinin, hazırda Rusiyanın konsulluğu yaxınlığında təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında döyüş gedir.
Əfqanıstan müdafiə nazirliyinin sözçüsü Zəhir Əzimi Trend-ə təsdiqləyib ki, Kabildə intiharçıların hücumları və partlayışlar baş verib. Onun sözlərinə görə, hücumlar xarici ölkələrin səfirliklərinin yerləşdiyi məhəllədə baş verdi.
O bildirib ki, yaraqlılarla təhlükəsizlik qüvvələri arasında döyüş davam edir.