Əfqanıstanda BMT-nin qərargahına hücum olub: Ölən və yaralananlar var

Əfqanıstanda BMT-nin qərargahına hücum olub: Ölən və yaralananlar var
DÜNYA
22:58 30.07.2021
1161
Əfqanıstanın Herat şəhərində BMT-nin yerli qərargahına hücum olub.

TASS xəbər verir ki, binanın artilleriya və qumbaraatanlardan atəşə tutulaması nəticəsində onu mühafizə edən əfqan polisinin bir əməkdaşı ölüb, bir neçəsi isə yaralanıb.

BMT təşkilatın Əfqanıstan missiyasına edilən hücumu qəti şəkildə pisləyib və günahkarların tezliklə müəyyənləşdirilərək cəzalandırılmasının vacibliyini vurğulayıb.

Həmçinin, gün ərzində Heratda "Taliban” yaraqlıları ilə hökumət qüvvələri arasında döyüşlərin getdiyi bildirilib.
OXŞAR XƏBƏRLƏR