Əfqanıstanda güclü partlayış - 7 nəfər öldü

Əfqanıstanda güclü partlayış - 7 nəfər öldü
DÜNYA
19:57 01.08.2021
1254
Əfqanıstanın Qəndəhar şəhərində minaatan mərminin avtomobilə atılması nəticəsində ən azı 7 mülki şəxs həlak olub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə Ariana News televiziya kanalı bildirib.

Məlumata əsasən, ölənlər arasında qadınlar və uşaqlar da olub. Ətraflı məlumat verilməyib.

Qeyd olunub ki, Əfqanıstanın hüquq-mühafizə orqanları hücumun təşkil edilməsində məsuliyyəti "Taliban" üzvlərinin üzərinə qoyublar.
OXŞAR XƏBƏRLƏR